AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Misirdə pandemiya ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

Misirdə pandemiya ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

Təfsilat
06 May 2021, 11:00 231
Misirin Baş naziri Mustafa Mədbuli COVID-19 pandemiyası ilə əlaqədar tətbiq ediləcək yeni məhdudiyyətləri açıqlayıb. AZƏRTAC xəbər verir ki, hökumətin başçısı keçirdiyi mətbuat konfransında bildirib ki, mayın 6-dan 21-dək mağaza, restoran, kafe və kinoteatrların fəaliyyəti yerli vaxtla axşam saat 8-də dayandırılır. İaşə obyektləri sifarişləri evə çatdıra bilər.
 
Baş nazir əlavə edib ki, Ramazan bayramı günlərində parklara və çimərliklərə giriş qadağan ediləcək. Bütün ölkə üzrə konsert və digər mədəniyyət tədbirləri təxirə salınacaq. Mayın 12-dən 16-dək davam edəcək Ramazan bayramı günlərində dindarların məscidlərdə toplaşması da məhdudlaşdırılacaq.
 
M.Mədbuli qeyd edib ki, görülən tədbirlər pandemiyanın üçüncü dalğasının qarşısını almaq məqsədi daşıyır. O məlumat verib ki, mayda COVID-19-a yoluxanların sayı artıb və hər gün 60-dan çox ölüm faktı qeydə alınır.