• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

Misir prezidenti həbs olundu

04.07.13 08:22 1422
Misir prezidenti həbs olundu
Hakimiyyətdən kənarlaşdırılan Misir prezidenti Məhəmməd Mursi həbs olunub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu “Müsəlman qardaşlar” hərəkatının rəsmi nümayəndələri bildiriblər. Mursi ilə bərabər onun müşaviri Essam əl-Həddad da nəzarət altına alınıb.
M. Mursinin həbsi xəbərini hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyərək bildirib ki, devrilmiş prezident hərbi kəşfiyyata aid obyektlərdən birində saxlanılır. Onun və yaxın ətrafının ölkəni tərk etməsinə qadağa qoyulub.
Daha əvvəl “Müsəlman qardaşlar”ın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının rəhbəri Saad əl-Katatni və hərəkatın rəhbər müavini Rəşad Bayuminin də saxlanıldığı, eləcə də hərəkatın 300-ə yaxın nümayəndəsinin həbsinə sanksiya verildiyi haqda xəbərlər yayılıb.
Xatırladaq ki, iyulun 3-də, gecə Misirin müdafiə naziri Abdel-Fəttah əl-Sisi televiziya müraciətində prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırıldığını elan edib. M. Mursi isə qanuni prezident olaraq qaldığını bildirərək vətəndaşları onun legitimliyini qorumağa çağırıb. “Müsəlman qardaşlar” baş verənləri hərbi çevriliş adlandırıb.
banner

Oxşar Xəbərlər