çərşənbə, 29 Mart, 14:23

Baku Bakı 18°C

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatıb

icon 124 icon 28 yanvar 2023 | 15:07 Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatıb

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.

Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.