“Misir gənc Azərbaycan rəssamlarının gözü ilə”
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri
Mərkəzi arasındakı əməkdaşlığa əsasən "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqə keçirilməsi elan olunur.
Sərgidə 16-30 yaş arası gənc rəssamlar
iştirak edə bilərlər. Hazırlanmış işlər 30 noyabr 2017-ci il tarixinədək
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr və Əcnəbilər
üçün Hazırlıq Şöbəsinə təhvil verilməlidir. Qaliblər Misirə səyahətlə
mükafatlanırılacaq və bütün iştirakçılara sertifikat veriləcəkdir. Həmçinin Misirin Qahirə şəhərində seçilmiş
işlərdən ibarət sərgi baş tutacaq və bir qrup rəssamın
Misirə səfəri təşkil olunacaqdır.
Əlavə məlumat üçün:
Misir Ərəb Respublikasının Azərbaycandakı
Səfirliyinin
Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi
(+99412) 561 12 17
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (+99412) 5676603