• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Miroslav Yença KTMT baş katibilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

21.01.22 10:00 412
Miroslav Yença KTMT baş katibilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə edilən razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sakit olaraq qalır.
"Report”xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə danışığı zamanı deyib.
Onun sözlərinə görə, vəziyyəti daha da normallaşdırmaq üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı əməli işlərə ehtiyac var.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistan lasərhədinin delimitasiya hər hansı qeyd-şərt olmadan həyata keçirilməlidir.
Nazir, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib. Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil.
banner

Oxşar Xəbərlər