AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mircavadov “Real“ı çökdürən futbolçudan danışdı

Mircavadov “Real“ı çökdürən futbolçudan danışdı

İdman
25 Aprel 2013, 17:31 1221
“Robert Levandovskinin oyununu hələ “Lex”in heyətində bizə qarşı çıxış etdiyi vaxtdan xatırlayıram. Ancaq onda belə sanballı, güclü təsir bağışlamırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinalında “Real”a 4:1 hesabı ilə qalib gəldikləri ilk görüşdə poker etməklə, gecənin qəhrəmanı oldu.

Polşalı futbolçu avrokuboklarda debütünü 5 il əvvəl, 2008-ci ilin iyulun 18-də “Lex”in heyətində edib. O vaxt UEFA kubokunda “Xəzər Lənkəran”a qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda meydana çıxan Levandovski fərqlənməklə yadda qalmışdı. Həmin qarşılaşmada məhz Levandovski vurduğu qol “Lex”ə 1:0 hesablı qələbə qazandırmışdı.

Mircavadov bildirib ki, Dortmundakı matçı böyük zövqlə izləyib: “Söhbət təkcə Levandovskidən yox, bütün komandanın gözəl oyunundan gedir. “Borussiya” böyük istək və düzgün taktika hesabına belə inamlı qələbə qazandı. Robert 3-cü qolu vuranda, Pepeni necə aldadıb, qapıya gözəl zərbə ilə endirməyi qiymətini xeyli artırdı. O, bizimlə matçda da başla gözəl oynayırdı, ancaq belə formada, zərbələrə malik deyildi. Həmin vaxt Polşanın böyük klubları onu heyətində görmək istəyirdi. Ancaq Levandovski məhz xaricə, “Borussiya” kimi klubla keçməklə ən düzgün addım atdı. Bununla, istedadı açıldı və futbolçu üçün vacib olan işgüzarlığı ilə bu səviyyəyə çatdı. İndi polşalını transfer etmək üçün külli miqdar pul ödəmək lazımdır”.

Təcrübəli mütəxəssis də bir çoxları ilk yarımfinal oyunlarından sonra Almaniya finalını gözləyir: “Buna qədər İspaniya finalı haqda daha çox danışılırdısa, indi Almaniya finalının olmağı mümkündür. Özü də “Bavariya” və “Borussiya” bir-birindən fərqlənən komandalardır. Münhen klubunda liderlər çoxdur, heyətində Riberi, Robben kimi legionerlər var. Ancaq Dortmund təmsilçisində gənc istedadlı yerli futbolçularla yaxşı legionerlər gözəl vəhdət təşkil edir”.