• cümə axşamı, 28 mart, 15:23
  • Baku Bakı 16°C

Miqrasiya mafiyası qeyri-leqalların İspaniyaya çatdırılması üçün hidrosikllərdən istifadə edir

17.08.19 17:45 985
Miqrasiya mafiyası qeyri-leqalların İspaniyaya çatdırılması üçün hidrosikllərdən istifadə edir
Son vaxtlar qeyri-leqal miqrantların Mərakeşdən İspaniyaya çatdırılmasının yeni üsulu populyarlaşır.
AZƏRTACxəbər verir ki, bu barədə İspaniya KİV-ləri hüquq mühafizə orqanlarına istinadla məlumat yayıblar.
Daşıyıcılar bunun üçün hidrosikllərdən istifadə edirlər. Belə ki, bu yolla "müştəri” cəmi üç dəqiqə sonra Seutda olur. Bu "xidmətin” qiyməti 500-1000 avro civarındadır.
İspaniya Mülki Qvardiyası ötən həftə Mərakeş vətəndaşları olan iki daşıyıcını həbs edib. Onlar qeyri-leqal miqrantları hidrosikllərdə İspaniya sahillərinə çatdırmaqla məşğul olublar. Onlardan biri yeniyetmədir. Daşıyıcılar agentləri gördükləri üçün miqrantları suya ataraq qaçıb aradan çıxmağa çalışıblar.

banner

Oxşar Xəbərlər