• cümə axşamı, 25 aprel, 11:34
  • Baku Bakı 14°C

Minskdə nazirlərin görüşü keçirildi - Razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulandı

14.10.21 19:00 252
Minskdə nazirlərin görüşü keçirildi - Razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulandı
Oktyabrın 14-də Belarusun paytaxtı Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənKaspi.az-a bildiriblər ki, görüşdə nazir Ceyhun BayramovAzərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib. Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusuna toxunaraq, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib. Nazir, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə danışıb.
banner

Oxşar Xəbərlər