• cümə axşamı, 25 aprel, 17:34
  • Baku Bakı 23°C

Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib

01.07.19 09:15 1070
Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib
Minskdə Dinamo Stadionunda İkinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.
Trend-in məlumatına görə, 50 Avropa ölkəsindən idmançıların iştirakı ilə 12 arenada on gündən çox müddətdə keçirilən genişmiqyaslı idman bayramı başa çatıb.
Ölkənin əsas arenasının tribunaları tamaşaçılarla doludur, onların bir çoxu da forumun təşkili və keçirilməsində iştirak edib.
Stadionun mərkəzində Milli Kitabxananın kompozisiyası quraşdırılıb. Mərasim, Belarusun dövlət himninin səsləndirilməsi ilə başlayıb.
banner

Oxşar Xəbərlər