• şənbə, 20 Aprel, 12:33
  • Baku Bakı 23°C

Minsk Qrupunun fransalı həmsədri Azərbaycanda

02.11.13 09:41 1720
Minsk Qrupunun fransalı həmsədri Azərbaycanda
APA-nın məlumatına görə, digər həmsədrlər - Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) Azərbaycana istirahət günləri gələcəklər.
Vasitəçilər noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə edəcək, həmin gün də İrəvana yola düşəcəklər.
Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir.
Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda qısamüddətli səfərdə olub.
banner

Oxşar Xəbərlər