• cümə axşamı, 25 aprel, 05:07
  • Baku Bakı 19°C

Minsk qrupunun “fəaliyyəti” Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyırdı

25.08.21 10:00 200
Minsk qrupunun “fəaliyyəti” Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyırdı
44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Bu Zəfərlə Azərbaycan eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini də özü yerinə yetirdi.
Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirb ki, avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edən Prezident İlham Əliyev də məhz bu məqama toxunub: "Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
Vüqar İskəndərovun sözlərinə görə, əslində, bu qətnamələrin beynəlxalaq birlik tərəfindən həyata keçirlməsində ilk növbədə ATƏT-in Minsk qrupupu maraqlı olmalı idi: "Lakin artıq tarixin arxivində qalan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərməli, bu istiqamətdə konkret addım atmalı olan ATƏT-in Minsk qrupu nəinki bu istiqamətdə heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfi tərəzinin eyni gözünə qoydu. Bu isə yaddaşlarda daha çox "turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi. Özü də onlar bunu uzun illər mütəmadi təkrarladılar. Əslində, Minsk qrupunun bu cür "fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyıb”.
"Xatırladım ki, yuxarıda bəhs edilən görüşdə dövlət başçısı bu məqamın üzərində xüsusi olaraq dayanıb. Cənab Prezidentin bəyan etdiyi kimi xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib” deyə, sonda deputat əlavə edib.
banner

Oxşar Xəbərlər