• cümə axşamı, 25 aprel, 05:45
  • Baku Bakı 19°C

Minsk-Bakı-Minsk istiqamətində çarter reyslər həyata keçiriləcək

20.03.20 18:30 1074
Minsk-Bakı-Minsk istiqamətində çarter reyslər həyata keçiriləcək
Belarusda yaşayan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil olunacaq.
"Belavia” şirkətindənAZƏRTAC-a bildirilib ki, koronavirusla bağlı Azərbaycan və Belarus arasında hava məkanı qapalı olduğundan şirkət martın 21, 25 və 29-da yerli vaxtla 23:15 Bakıya xüsusi reysləri reallaşdıracaq. Martın 22, 26 və 30-da isə yerli vaxtla 04:35-də Bakıdan Minskə aviareyslər həyata keçiriləcək.
Biletlər artıq "Belavia” şirkətinin ofisində satılır. Biletlər yalnız Azərbaycan və Belarus vətəndaşları üçün satılacaq.
banner

Oxşar Xəbərlər