• cümə axşamı, 28 mart, 22:51
  • Baku Bakı 13°C

Mingəçevirdə təbii fəlakət: 150 evi su basdı

05.07.13 08:59 1275
Mingəçevirdə təbii fəlakət: 150 evi su basdı
Mingəçevir fərdi yaşayış sahələrinə xidmət idarəsinin rəisi Eyyub Rəşidov APA-ya bildirib ki, güclü leysan yağışından sonra dağlardan gələn sel suları Mingəçevir şəhərinin “Günəşli” və “Bağlar” yaşayış massivində evləri su altında qoyub. Təxminən 150-yə yaxın evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə su dolub, vətəndaşların əkin sahələrini qalın lil qatı örtüb, 300-ə yaxın toyuq-cücəni sel aparıb. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Sel suları küçələrdə yarğanlar əmələ gətirib, həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub. Sel “İzolit” ASC-nin yardımçı təsərrüfatında məskunlaşan 26 məcburi köçkün ailəsinə də ziyan vurub. Sel suları köçkünlərin evlərinə dolub, qida məhsulları, məişət əşyaları su və palçığın içində qalıb.
Mingəçevir şəhər fövqəladə hallar komissiyasının nümayəndələri əraziyə baxış keçiriblər. Hazırda əraziyə ağır texnikalar cəlb olunub, həyətlərə dolan suyun çəkilməsi üçün xüsusi nasoslar quraşdırılıb.
banner

Oxşar Xəbərlər