• cümə axşamı, 25 aprel, 14:04
  • Baku Bakı 23°C

Mingəçevirdə güclü partlayış baş verib, xəsarət alanlar var - VİDEO

28.12.21 17:45 410
Mingəçevirdə güclü partlayış baş verib, xəsarət alanlar var - VİDEO
Mingəçevir şəhərdində güclü partlayış baş verib.
Trend-in yerli bürosunun məlumatına görə, hadisə səhər saatlarında şəhərin Günəşli masssivində yerləşən 12-ci küçədə qeydə alınıb.
Sakinlər Trend-ə açıqlamasında bildirib ki, partlayış qəfil baş verib.
Hadisəyə ilkin səbəb kimi qaz sızması bildirilir. Partlayış zamanı 10-dan artıq evə, bir avtomobilə zərər dəyib.
Güclü partlayış olan evdə yanğın da qeydə alınıb. Bu zaman 29 yaşlı İlkin Məmmədov və 55 yaşlı Sevinc Qənbərova, həmçinin qonşu mənzildə yaşayan 24 yaşlı Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, güclü partlayış nəticəsində qonşu küçələrdə yaşayan sakinlərin də mənzilləri zərər görüb. Aidiyyəti qurumların əməkdaşları hadisə baş verən əraziyə baxış keçirib. Partlayışın hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

banner

Oxşar Xəbərlər