• çərşənbə axşamı, 16 aprel, 16:38
  • Baku Bakı 19°C

Minaya düşən rəisin ayağı topuqdan aşağı amputasiya edilib

03.03.21 17:30 568
Minaya düşən rəisin ayağı topuqdan aşağı amputasiya edilib
Martın 3-ü saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisindəminaya düşməsibarədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə"Report"a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər