Min bir dərdin dərmanı – biyan kökü

Oktyabrın 28-də Ağdaşda
"Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı olub. Prezident
İlham Əliyev açılışda iştirak edib. Biyan
Sənaye Parkının direktoru Ramin Məmmədov prezidentə məlumat verib ki, bu
park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə
edəcək.
Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir. Müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. Zavodda Türkiyənin "Bigtem” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Koreya Respublikasında keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamağıdır. Xəttin illik istehsal gücü 350 min ədəddir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada yoxlanılır. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin "Made in Azerbaijan” brendi ilə ixracı planlaşdırılır.
Böyrəküstü vəzilərində yaranan xəstəliklərdə istifadə edilir. Hormon pozuqluğuna kömək edir. Qışda təməl narahatlıqlarından ola qrip, soyuqdəymə, bronxit və soyuqdəymə zamanı çayı dəmlənib içilə bilər.
Ədviyyat kimi də istifadə edilir
Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir. Müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. Zavodda Türkiyənin "Bigtem” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.
Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Koreya Respublikasında keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamağıdır. Xəttin illik istehsal gücü 350 min ədəddir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada yoxlanılır. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin "Made in Azerbaijan” brendi ilə ixracı planlaşdırılır.
Maraqlıdır, biyan kökü necə
bitkidir, faydaları nələrdir, ondan hansı xəstəliklərin müalicəsində istifadə
etmək olur, kənd təsərrüfatı sahəsində nə kimi üstünlükləri olduğunu öyrənməyə
çalışdıq.
İmmunitet sistemini qüvvətləndirərBiyan kökü
yabanı yerlərdə yetişən bir bitki növüdür. Boyu 50 ilə 200 santimetr
arasındadır. Yarpaqları isə qanad şəklini alır. Tüklü olan yarpaqları sarımtıl
yaşıla qaçan rəngdədir. Öskürək, bəlğəm və səsin xırıldamasını aradan qaldırar. İmmunitet sistemini qüvvətləndirər.
Bədənin hüceyrələrində yaranan ağrılara, qaraciyər
və serroz xəstəliklərinə faydalıdır və temperaturu salmağa təsirlidir. Qastrit, xora kimi mədə narahatlıqlarında və sidik
kisəsinə faydalıdır. Ayaq və bədən
kramplarına eyni zamanda qəbizlik problemi yaşayanlara verilir.Böyrəküstü vəzilərində yaranan xəstəliklərdə istifadə edilir. Hormon pozuqluğuna kömək edir. Qışda təməl narahatlıqlarından ola qrip, soyuqdəymə, bronxit və soyuqdəymə zamanı çayı dəmlənib içilə bilər.
Ədviyyat kimi də istifadə edilir
Qida
sənayesində biyan kökünün ədviyyat kimi də yararlılığı çoxdur. Onun ətrindən və
dadından istifadə Yaponiya, Çin, Misir, Monqolustan, İngiltərə, Skandinaviya və
s. ölkələrin mətbəxində geniş yayılıb. Çin mətbəxində bu ədviyyatdan müxtəlif
şorbalara qatılır. Ondan ədviyyat vasitəsi kimi həm tək, həm də qarışım
şəklində istifadə olunur. Biyan kökünün tərkibi B qrup vitaminlərlə zəngindir.
Bu xüsusiyyətinə görə o enerji mənbəyi hesab edilir. Biyan enerji
mübadiləsinin, orqan və sistemlərin normal işləməsinin, zülalların sintezinin,
maddələr mübadiləsinin yaxşılaşmasında yaxından iştirak edir. Biyan kökündən
hazırlanan siropları azyaşlı uşaqlara öskürək zamanı vermək mümkündür.
Tərkibində şəkərin olmasına baxmayaraq, biyan kökü şəkərli diabet xəstələrinə
heç biz ziyan vermir. Mədənin yara və qastrit xəstəlikləri zamanı biyan
kökündən hazırlanmış siropu içmək çox faydalıdır. Onkoloji xəstəliklərin müalicəsi zamanı biyan kökündən
istifadə eləmək xəstəliyin orqanizmə verdiyi zərərin miqdarını azaldır.
Siropu mədəaltı vəzin funksiyasını
yaxşılaşdırır.
Biyan kökünün zərərli xüsusiyyətləri
Su-duz balansı pozulmuş adamlara, böyrək
xəstələrinə və təzyiqi yüksək olanlara biyan kökündən çox istifadə etmək olmaz. İki yaşına qədər uşaqların da biyan kökündən
istifadəsi məsləhət deyil. Hamiləlik zamanı və iki yaşına qədər olan uşaqlara
biyan kökünü yalnız həkimin göstərişi ilə tətbiq etmək mümkündür. Biyan kökünün həddən artıq qəbulu orqanizmdə kaliumun
miqdarının azalmasına səbəb olur. Kaliumun çatışmazlığı isə əzələ zəifliyinə
gətirib çıxardır.
Miopatiya, kəskin böyrək xəstəliklərindən
əziyyət çəkənlərin həkim məsləhət olmadan biyan kökündən istifadə etmələri
xəstəliyin əlamətlərini artıra bilir. Kənd
təsərrüfatında üstünlükləri
Kənd
Təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir
ki, kəndlilər artıq bu bitkinin
biznesi ilə məşğuldur: "Bu bitki yabanı halda bitir. Hələ ki mədəni bitkilər
sisteminə daxil olmayıb. Çox qiymətli bitkidir. Həm əczaçılıqda, həm kosmetologiyada
faydaları genişdir. Həmçinin əsas olaraq onun tullantılarından heyvandarlıqda
əlavə qida yemi kimi istifadə edilir. Biyan kökü bitkisinin yayılma arealına
gəlincə isə təxminən 18-19 rayonda, xüsusilə də aran rayonlarında əkilir.
Şəxsən həmin rayonlarda olanda dəfələrlə şahidi olmuşam ki, kəndlilər artıq bu
bitkinin biznesi ilə məşğuldur. Səhərdən axşama kimi biyanı yığdıqdan sonra
qəbul məntəqələrinə verirlər və qarşılığında müəyyən qədər ödəniş alırlar. Dünya bazarında olan trendlərə nəzər salsaq, demək
olar ki, biyan son illər ən qiymətli kənd təsərrüfatı məhsulları sırasına daxil
olub. Xüsusilə də Çin bu bitkinin idxalına böyük önəm verir. Biyanın istehsalı,
emalı üçün elə də ciddi investisiya lazım deyil. Çünki yabanı bitir, özü
yayılır. Onun yetişdirilməsi üçün nə kəndlidən, nə də sahibkardan əlavə
vəsait tələb edilmir. Sadəcə ilkin
məhsul halından sonrakı halına çevirmək üçün texnoloji qurğu lazımdır”.
Aqrar
məsələlər üzrə ekspert Qadir Bayramlının sözlərinə
görə biyan kökü kənd təsərrüfatında ölkəmiz
üçün perspektivlidir: "Azərbaycan təbii şərait etibarı ilə zəngin bitki
örtüyünə malikdir. Amma çox təəssüf ki, bu potensialın çox cüzi bir hissəsindən
istifadə edilir. Xarici ölkələrdə Azərbaycanda yetişən biyan kökünə və başqa
çoxsaylı dərman bitkilərinə böyük maraq var. Bu bitkilər xaricdə geniş bazara
malikdir. Bunu etiraf etmək lazımdır ki, bir çox dərmanın hazırlanmasında bu
kimi bitkilərdən istifadə edilir. Biz bu potensialımızdan istifadə edərək bəzi
dərmanları istehsal edə bilərik. Biyan kökü bir çox bölgələrdə yetişir. Ondan
daha böyük gəlir götürmək üçün yetişmə arealını daha da genişləndirməliyik.
Həmçinin biyana xüsusi yanaşmaq lazımdır. Belə ki, o, müəyyən bir dövrdə dərman
xüsusiyyətinə sahib olur. Həmin dövrdə yığıldıqda və müəyyən texniki üsullarla
qurudulduqda daha faydalı olur”.
Günel Azadə
