• şənbə, 20 Aprel, 14:07
  • Baku Bakı 23°C

Milli valyutada olan əmanətlər 25,4 faiz artıb

20.06.19 15:00 464
Milli valyutada olan əmanətlər 25,4 faiz artıb
Mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715 milyon manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər isə 2 faiz artıb.
Mayda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya-1,90 (1,92) manata, 100 rus rubluna 2,62 (2,60) manata bərabər olub.
banner

Oxşar Xəbərlər