• cümə, 19 Aprel, 15:17
  • Baku Bakı 25°C

“Milli Şurayla bağlı nikbin deyiləm”

03.06.13 13:01 1640
“Milli Şurayla bağlı nikbin deyiləm”
“Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam, ancaq yaşanan proseslərlə bağlı nikbin deyiləm”.
Bunu “AzNews.az”-a açıqlamasında Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı söyləyib.
Arif Hacılı deyib ki, o, özünü Azərbaycan xalqının gələcək taleyi üçün məsuliyyət daşıyan adamlardan biri hesab edir: “Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram”.
Müsavat Mərkəzi Aparatının rəhbəri bildirib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir. Bu sözləri ilə Milli Şuranın Rusiya layihəsi olduğuna eyham vurub-vurmadığı ilə bağlı suala gəlincə, Arif Hacılı heç nəyə eyham vurmaq niyyətində olmadığını dilə gətirib: “Ancaq yenə deyirəm, mən özümü Azərbaycan xalqının gələcəyini düşünən və bunun üçün məsuliyyət daşıyan adam hesab edirəm. Buna əsasən də qərarlarımı qəbul edirəm”.
Arif Hacılı Müsavat Partiyasından Milli Şurada kimlərin təmsil olunacağı ilə bağlı məlumatı olmadığını söyləyib: “Partiya daxilində bu məsələ ətrafında müzakirələrdən xəbərsizəm. Bir müddətdir şəxsi işlərim bağlı, həm də ölkədən kənarda olduğum üçün müzakirələrdən uzaq qalmışam”.
banner

Oxşar Xəbərlər