• cümə axşamı, 18 aprel, 10:05
  • Baku Bakı 12°C

Milli Şuranın sessiyasında mübahisə düşdü

21.06.13 10:36 1482
Milli Şuranın sessiyasında mübahisə düşdü
APA-nın məlumatına görə, MŞ üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının çıxışı digər MŞ üzvü, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin etirazına səbəb olub.
F. Qəhrəmanlının əsasən hakimiyyətin tənqidi üzərində qurduğu çıxışından sonra söz alan Ə. Hacıbəyli üzünü Müsavat başqanı İsa Qəmbərə tutaraq, "25 ildir, eyni şeyi danışırsınız. Biz bunları çox eşitmişik. Milli Şuranın vəzifələri, təkliflər barədə danışın. Reqlament müəyyənləşdirin”, - deyə narazılıq edib.
İ. Qəmbər isə bildirib ki, çıxışçılar bu etirazı nəzərə almalıdırlar.
banner

Oxşar Xəbərlər