• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

“Milli Şura “Yurd” əcinnələri üçün saman çöpüdür”

30.03.15 11:51 1263
“Milli Şura “Yurd” əcinnələri üçün saman çöpüdür”
Bir zamanlar "Azadlıq" qəzetinin əməkdaşı olmuş Mirzə Sakit keçmiş partiyası və partiyadaşları haqqında ilginc faktlar açıqlayaraq, onların iç üzünü ortaya qoyub. Bununla kifayətlənməyən şair Milli Şuranı da kəskin tənqid edərək, bir daha onun ölü qurum olduğunu xatırladıb və burada cəmləşənlərin xalqın adından danışmağa ixtiyarlarının olmadığını deyib: “Milli Şura yaranmamışdan öncə İctimai Palata deyilən bir qurum var idi, mən də onun üzvü idim. Buna baxmayaraq, həmin qurumun yararsız olduğunu hər zaman deyirdim. Gördüyünüz kimi də, iflasa uğrayaraq öz yerini başqa bir ölü qurum olan Milli Şuraya verdi. Bunun isə ömrü lap az oldu. Bu gün həmin qurum adı altında keçirilən mitinqlərin o Şuraya qətiyyən dəxli yoxdur. Onun arxitektoru Rüstəm İbrahimbəyov zamanında öz missiyasını başa vurub, Şuradakılara İctimai Palata kimi əlvida deyərək çıxıb getdi. Sonradan “gözlə gələcəyəm qurbanın olum” desə də, fakt budur ki, gəlmədi. Onun bu hakimiyyətdən xırda bir “dost incikliyi” vardı, o incikliyin səbəbindən də Milli Şura doğuldu. Doğulan kimi də yeni doğulan “körpə” ana bətnində olarkən kəllə-beyin travması aldığından, yuxarıda dediyim kimi, dünyasını dəyişdi. “Yurd” adlı təşkilat da öz acı taleyinin ömrünü bir az da uzatmaq üçün Milli Şura adından yararlanmağa çalışdı. Yeri gəlmişkən, Azərbaycanda AXCP adında partiya yoxdur, bu partiyanın adından spekulyasiya edən insanlar var. AXCP-ni mərhum Əbülfəz Elçibəy özü ilə götürüb apardı. Təbii ki, onu ən ağır təhqirlərlə söyən “Yurd” əcinnə-şəyatinlərinin əlindən”.
Mirzə Sakit konkret hansı situasiyadan sonra belə vəziyyətin yaranmasına da aydınlıq gətirib. Bildirib ki, Milli Şuranın funksionerlərindən biri Eldəniz Quliyev Facebook səhifəsində onun haqqında çox təhqirli məzmunda bir neçə status paylaşıb: ““Yurd” təşkilatının rəhbərlərindən Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digərləri statusu sevincək “layk” ediblər. Amma birinin də vicdanı çatıb orda yazmayıb ki, adamı təhqir edirsinizsə də, valideynləri ilə nə işiniz var? Bundan başqa, hazırda Hollandiyada yaşayan dostum Fikrət Hüseynli lap “gül vurdu”. O məni təhqiretmə yarışının qalibi oldu. Yenə də Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və onların əcinnə-şəyatin dəstələri Fikrət bəyin statusunun altına qondular. Bu təhqirlər və yamanlamalarla məni susdurmaq fikrindədirlərsə, yazıq adamlardırlar. Mənə qəribə gələn odur ki, bu Fikrət bəy bir neçə il əvvəl Əli Kərimlini təhqiramiz formada söyürdü. Həmçinin Cəmil Həsənlini kukla, Milli Şuranı kukla teatrı adlandırırdı. İndi isə kimlərəsə xoş gəlmək üçün bu cür davranır. Əmin olmaq üçün həmin adamların Facebook səhifələrindəki təhqirli statusları izləsəniz, həmin “laykovşikləri”n “Yurd” rəhbərliyi olduğunu əyani şəkildə görə bilərsiniz. Bu rəhbərlik bu ağılla, bu təfəkkürləmi ölkəyə rəhbərlik etmək iddiasındadır? Onları yaxından tanıdığıma görə sizi əmin edirəm ki, bu əcinnələr çox yox, ikicə həftəlik ölkəyə rəhbərlik etsələr, xoşlarına gəlməyən adamları qətiyyən həbsxanalara atmazlar. Ona görə ki, sevmədiklərini küçədəcə təpikləyib öldürərlər, həbsxanaya da ehtiyac olmaz. Tanrımdan isə bir təvəqqem var: “Dəvəyə qanad, ”Yurd" əcinnələrinə hakimiyyət, Mirzəyə də qələmsizliyi qismət etməsin“.
Şairin adını çəkdiyi şəxslərdən Fikrət Hüseynli susqun qalmayıb və öz növbəsində müəyyən ittihamlar səsləndirib. Mirzə Sakit isə cavabında deyilənlərin həqiqət olmadığını bildirib: “Milli Şura” iflasa uğradığına görə onun heç bir sosioloji yükü yoxdur və xalqı xoşbəxt günlərə çıxarmaq imkanından çoxdan məhrum olub. Ümumiyyətlə, heç buna cəhd də etməyiblər. Şura hazırda “Yurd” əcinnələri üçün saman çöpü rolunu oynayır. Onların heç bir tutarlı, arqumentlərə söykənən konsepsiyaları yoxdur. Hamı gözəl bilir ki, o Şurada təmsil olunanlar özləri anti-demokratik, avtoritarlığa meyilli adamlardırlar. Bunu görmək üçün mikroskopa ehtiyac yoxdur, orda təmsil olunan “Yurd” təşkilatının funksionerləri haqda sizə çox maraqlı bir söhbət edim və özünüz də onların anti-demokratik olmalarının şahidi olacaqsınız. 2010-cu ildə mənim “Azadlıq” qəzetindən haqsız yerə uzaqlaşdırılmağımla bağlı "qırğınlarımız" başlamışdı, bu haqda qəzetlər, saytlar yazırdılar. Funksionerlərə dəfələrlə müraciət etdim ki, məni işimə qaytarsınlar, amma heç bir nəticə olmadı. Bundan sonra haqlarında tənqidi fikirlər səsləndirdim. Belə olan halda isə dərhal mənimlə görüşmək istədilər. Görüşə Həsən Kərimov, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Sahib Kərimov, Şahin Həsənli, İnqilab Kərimov və “Yurd”un başqa funksionerləri gəlmişdilər. mən sözlərimi onlara deyəndən sonra Şahin bəy haqlı olduğumu etiraf etdi. Nəticəsiz görüşdən sonra isə bir nəfər “Yurd” funksioneri Əvəz Zeynallıya demişdi ki, Mirzə Sakitlə danış. Əgər o mətbuat konfransı təşkil etsə və orda hamının yanında ayağa qalxaraq, nümayişkaranə şəkildə Əli Kərimlidən üzr istəsə, həmin gün Mirzə Sakit “Azadlıq” qəzetinə bərpa olunacaq. İnanın ki, bu sözü eşidəndə dəhşətə gəldim, mən Əli Kərimlidən hansı günahlarıma görə üzr istəməli idim axı? Bu adamların məni sındırmağa cəhd etmələrində məqsədləri nədir görəsən? Əli üzr istəməli olduğu halda nəyə görə mən üzr istəməliyəm?”
Mirzə Sakit qeyd edib ki, hakimiyyəti mənfi əməllərdə suçlayanlar özləri insanları sındırmaqla məşğul olurlar: “Sadəcə, onu istəyirəm ki, Azərbaycan xalqının adından istifadə etməsinlər, Milli Şuralarının maskaradları ilə məşğul olsunlar. Onlar hamısı o maskaradın tifil oyunçularıdır. Xalq da oyunbazlığı sevmir və xalqa yalan vədlər yedirtmək gərək deyil. Onlardan haqqımı tələb etdiyimə görə mənə anormal kimi baxanlar bu boyda cəmiyyətin hüquqlarını necə müdafiə edə bilərlər?”
H.Əsgər
banner

Oxşar Xəbərlər