• cümə axşamı, 25 aprel, 18:16
  • Baku Bakı 21°C

Milli mənəvi-dəyərlərimizə zidd ədəbiyyatların idxalına icazə verilmir

20.06.19 12:15 318
Milli mənəvi-dəyərlərimizə zidd ədəbiyyatların idxalına icazə verilmir
Azərbaycana dini ədəbiyyatların idxalı, eləcə də istehsalı prosesi davam edir və bu sayda artım müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.
Onun sözlərinə görə, həmin ədəbiyyatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq şöbəsinin ekspertizasından keçir: "Əgər bu ədəbiyyatlar bizim milli mənəvi-dəyərlərimizə ziddirsə, hansısa dini ədavəti qızışdıran, ümumiyyətlə tolerantlıq, multikultralizmə qarşı fikirlər varsa, belə ədəbiyyatların idxalına icazə verilmir.
Ölkədə dini ədəbiyyata maraq var. Çalışırıq ki, bu ədəbiyyatlar milli-mənəvi dəyərləri təbliğ edə bilsin və Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox istehsal olunsun. Çünki xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var. Əvvəllər xaricdən idxal olunan dini ədəbiyyatlarda bu məqamlarla daha çox rastlaşırdıq. Artıq son illər bu, azalıb. İdxal və istehsalla məşğul olan fiziki şəxslər də artıq bu tələbi bilirlər. Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb".
banner

Oxşar Xəbərlər