• cümə, 19 Aprel, 15:38
  • Baku Bakı 25°C

Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış olublar

13.06.19 11:52 468
Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış olublar
Milli Məclisin Sədr müavini Bahar Muradova, parlamentin komitə sədrləri və ayrı-ayrı deputatlardan ibarət bir qrup deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı "DOST” mərkəzində olublar.
AZƏRTACxəbər verir ki, mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib. Qeyd edilib ki, ilk "DOST” mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk "DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 "DOST” mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosialyönümlü xidmətlər göstərəcək.
Milli Məclisin deputatları mərkəzdəki xidmət bölmələri ilə tanış olub, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər. Onlar "DOST” mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını, xoş təəssüratlarını ifadə ediblər.
Daha sonra DOST Agentliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar deputatların də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.
Sonda DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edilib.
banner

Oxşar Xəbərlər