• cümə, 29 Mart, 19:18
  • Baku Bakı 14°C

Milli Məclisin deputatı müraciət ünvanlayıb

15.07.20 09:45 463
Milli Məclisin deputatı müraciət ünvanlayıb
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Parlamentindəki həmkarı xanım Marina Kalyuranda, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi xanım Jelyana Zovkoya və Ermənistan üzrə məruzəçi Trayan Baseskuya müraciət ünvanlayıb.
AZƏRTACxəbər verir ki, müraciətdə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində erməni hərbi birləşmələri tərəfindən sərhəd qoşunlarımızın mövqelərinin şiddətli atəşə tutulması və sərhəd xidməti aparan hərbçilərimizin şəhid olması ilə nəticələnən təxribat haqqında Avropa Parlamentinin Cənubi Qafqaz regionu üzrə səlahiyyətli şəxslərinə ətraflı məlumat verilib. Ermənistanın bu addımı Azərbaycan Respublikasına qarşı təcavüz aktı kimi qiymətləndirilib və Ermənistan siyasi və hərbi rəhbərliyinin növbəti dəfə danışıqları pozmaq və status-kvonun uzanmasına nail olmaq cəhdləri pislənilib.
Müraciətdə, həmçinin Ermənistan tərəfindən sərhədboyu kəndlərimizdə yaşayan mülki əhalinin hədəfə alınması, vətəndaşlarımızın əmlakına ciddi zərər vurulması haqqında məlumat verilib, təcavüzün ağır nəticələr verəcəyi haqqında xəbərdarlıq edilib və hadisələrin bütün neqativ nəticələri üçün Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığı avropalı siyasətçilərin diqqətinə çatdırılıb.
Deputat qeyd edib ki, Ermənistan tərəfindən vaxtaşırı olaraq törədilən təxribatlara birdəfəlik son qoyulması üçün münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan başqa yol yoxdur. Bunun üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında erməni hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılması zəruriliyi vurğulanıb və Avropa Parlamentindən Ermənistanın təcavüzkar hərəkətlərinə müvafiq reaksiya verilməsi tələb olunub.
banner

Oxşar Xəbərlər