Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiq etdi

Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiq etdi

Cəmiyyət
27 İyun 2019, 14:53 156
Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Kredit ittifaqları haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq tənzimlənir.
Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir.
Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.