• cümə, 19 Aprel, 18:24
  • Baku Bakı 24°C

Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

21.11.18 10:25 559
Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Kaspi.azxəbər verir ki, son oyun günündə 7 qarşılaşma baş tutub və növbəti mərhələyə yüksələn sonuncu 4 komandanın adına aydınlıq gəlib.
D Liqasının 3-cü qrupunda Azərbaycan millisi səfərdə Kosovo ilə üz-üzə gəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə vəsiqə əldə edəcəkdi. Lakin millimiz darmadağınla üzləşib və bu qrupun qalibi Kosovo yığması olub. Qrupun digər matçında isə Malta və Farer adaları yığmaları heç-heçəyə razılaşıblar.
A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya - Polşa matçının nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcəkdi. Portuqaliya növbəti mərhələni öncədən təmin edib, qonaq komanda isə aşağı liqaya düşmüşdü. Bu oyun da heç-heçə ilə başa çatıb.
B Liqasının 2-ci qrupunda Rusiya səfərdə İsveçin qonağı olub. Ruslara mərhələ üçün bir xal bəs edəcəkdi. İsveç isə qalib gələcəyi təqdirdə, növbəti mərhələyə yüksələcəkdi. Prinsipial dueldə sevinən tərəf 2 cavabsız qol vuran isveçlilər olub.
UEFA Millətlər Liqası, 6-cı tur
20 noyabr
A Liqası
3-cü qrup
Portuqaliya - Polşa 1:1
Qol:A.Silva, 34 - Milik, 66-pen.
B Liqası
2-ci qrup
İsveç - Rusiya 2:0
Qol:Lindelof, 41. Berq, 72.
C Liqası
1-ci qrup
Şotlandiya - İsrail 3:2
Qol:Forrest, 34; 43; 64 - Kayal, 9. Zahavi, 75.
4-cü qrup
Monteneqro - Rumıniya 0:1
Qol: Tukudean, 34.
Serbiya - Litva 4:1
Qol:Zulpa, 51-öz qapısına. Mitroviç, 58. Priyoviç, 71. Lyayiç, 74 - Petraviçius, 64.
D Liqası
3-cü qrup
Kosovo - Azərbaycan 4:0
Qol:Zeneli, 2; 50; 76. Rrahmani, 61.
Malta - Farer adaları 1:1
Qol:Korbolan, 4 - Yonsen, 3.
Bombardir:Aleksandar Mitroviç (Serbiya) - 6 qol.
banner

Oxşar Xəbərlər