Millət vəkilindən gənclərin mütaliəyə cəlb edilməsi ilə bağlı maraqlı addım
Bu
gün cəmiyyətdə tez–tez "Müasir gənclər nə üçün kitab oxumur?”, "Gənclərin
mütaliəsi niyə aşağı düşüb?”, "Ümumiyyətlə, kitab oxuyan varmı?”mütaliə
problemləri ilə bağlı müxtəlif suallarla rastlaşırıq.
YAP Gəncə şəhər təşkilatının
sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev mütaliə problemləri ətrafında baş
verən proseslərin həllinə fərqli yanaşıb. Millət vəkiligəncləri kitab oxumağa təşviq
etmək,mütaliə həvəsini daha da gücləndirmək məqsədilə maraqlı addım atıb.
Naqif
Həmzəyev "Facebook”sosial şəbəkəsində özünün profil hesabında gənclərə müraciət
edərək yazıb: Dəyərli dostlar, əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr!
Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq sevdiyiniz 100 kitabı
sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün
satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa
zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə
edəcəm. Lakin, kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi
"Kitab Klubu"nda birlikdə müzakirə edəcəyik!”
Milli
Məclisin deputatının bu təşəbbüsü gənclər tərəfindən böyük maraqla qarşılanıb. Şərh
bölməsində gənclər sevdikləri yazıçıların əsərlərin, arzusunda olduqları
kitabların adlarını yazıblar.
Kitab
oxumaq istəyən gənclərlə görüşü zamanı millət vəkili Naqif Həmzəyev onların istəklərinə
uyğun kitabları mütaliə həvəskarlarına təqdim edib.
Naqif Həmzəyev bildirib
ki,çox nadir halda insanların əlində kitab görmək olur. Əslində hamı kitab
oxumağının nə qədər lazımlı olduğunu,mütaliə ilə məşğul olmağın insanın
dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, müstəsna əhəmiyyət
kəsb etdiyini bilir. Lakin son illər bu sahədə durğunluq yaranıb.Təəssüf ki,
informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bugünkü gənclərimiz
bəzən vaxtlarını müxtəlif sosial şəbəkələrdə, sözün həqiqi mənasında, səmərəsiz
keçirməklə məşğul olurlar. Əslində isə həmin vaxtı onlar daha maraqlı bir işə sərf
edə - əllərinə kitab alıb oxuya və ya mütaliə etdiyi hər hansı bir əsəri öz
yoldaşları ilə müzakirə edə bilərlər. Doğrudur, ildən-ilə təkmilləşən
informasiya vasitələrindən istifadəməlumatlanmaq imkanlarını genişləndirir.
Lakin mütaliə də,özünüinkişaf üçün ən səmərəli vərdişdir.Kitab oxumağı, mütaliəni
vərdişə çevirməyə çalışmalıyıq.Kitabın təbliği istiqamətində yeniyetmə və gənclərə
nümunə, eyni zamanda dəstək olmalıyıq.
Kitabları
alan gənclər hədiyyədən məmnun qaldıqlarını, bu kitabların şəxsi
kitabxanalarını bəzəyəcəyini bildiriblər.Şəxsi kitabxanaları olmayan gənclər isə
millər vəkili Naqif Həmzəyevin hədiyyə etdiyi kitabların onlara şəxsi
kitabxanalarını yaratmaqda stimul olacağını bildiriblər.
Daha
sonra gənclər qərara alıblar ki, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin
"Kitab Klub”unda bir araya gəlib, hədiyyə aldıqları kitabları müzakirə etsinlər.