• cümə, 26 Aprel, 10:44
  • Baku Bakı 12°C

Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib

31.01.17 15:30 1063
Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib
Bu gün 38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev müraciətlərlə əlaqədar olaraq seçiciləri qəbul edib.
Müraciətlər əsasən məşğulluq, ailə-məişət məsələləri, sosialyönümlü, məhkəmə mübahisələri, sosial və tibbi yardımla bağlı olub.Qəbulda gənclərin məşğulluğunun təmin edilməsi önə çəkilib. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib.
Qəbula böyük inam və ümidlə gələn kompyüter mühəndisi Məcid Məlikov, Gəncə Dövlət Universitetini informatika-riyaziyyat ixtisası üzrə bitirən Rəfiqə Hacızadə öz ixtisaslarına uyğun işlə təmin olunublar.
II qrup gözdən əlil Elnarə Nuriyeva isə tibbi yardım və işlə bağlı müraciət edib. Elnarə Nuriyevanın probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub, ona müvafiq iş təklif edilib.
Elbrus Abbasova işlədiyi müəssisədə ştat ixtisarına düşdüyü üçün başqa müəssisədə ixtisasına uyğun iş təklif edilib. Ümumilikdə, Milli Məclisin deputatı Naqif Həmzəyevin qəbulunda 36 nəfər iştirak edib.
banner

Oxşar Xəbərlər