• cümə, 29 Mart, 09:10
  • Baku Bakı 5°C

Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb - Fotolar

19.02.19 11:24 506
Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb - Fotolar
Millət vəkili Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatı Qərərgahında seçiciləri ilə görüşüb.

Həmişə olduğu kimi bu dəfə də millət vəkili hər bir seçicini fərdi qaydada qəbul edib, ona unvanlanan müraciət və təklifləri təmkinlə, qayğı ilə dinləyib. Müraciətlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Gənclərin məşğulluğu, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb. Əksər məsələlər yerindəcə həllini tapıb.
Millət vəkili Naqif Həmzəyev ona ünvanlanan hər bir müraciəti nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.
Eyni zamanda görüşdə seçicilər Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarına daim xüsusi diqqət və qayğısı nəticəsində bir çox sosial yonümlü problemlərin həllini tapdığını vurğulayıb, ölkə Prezidentinə təşəkkür edib, hər zaman dövlət Başçısının apardığı siyasəti dəstəklədiklərini bildiriblər.





banner

Oxşar Xəbərlər