• cümə, 29 Mart, 12:39
  • Baku Bakı 14°C

Millət vəkili Naqif Həmzəyev şagirdlərin suallarını cavablandırıb

23.10.19 15:45 523
Millət vəkili Naqif Həmzəyev şagirdlərin suallarını cavablandırıb
YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhər 18 saylı tam orta məktəbdə şagirdlərlə görüşüb.
Şagirdlərin təşəbbüsü ilə keçirilən görüşdə kitab oxumağın, mütaliə ilə məşğul olmağın insanın dünyagörüşünün artmasına, yüksək intellektə malik olmasına, bədii-estetik zövqünün formalaşmasına göstərdiyi təsirindən danışılıb.
Millət vəkili əvvəllər kitab oxumağın bir ənənəyə çevrildiyini, hansı sahədə işləməsindən asılı olmayaraq hər bir kəsin evində balaca da olsa kitabxana olduğunu bildirib. Qeyd edib ki, mütaliə edənlərin arasında uşaqlar heç də böyüklərdən geri qalmırdı. Mütaliə uşaqların, yeniyetmələrin düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırır. Buna görə də onlar oxuduğu əsərin müsbət qəhrəmanlarına bənzəməyə çalışırdılar.
Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didronun "Hər kim kitab oxumursa düzgün fikirləşə bilməz” sözlərini xatırladan millət vəkili şagirdlərə düzgün fikirləşmək üçün kitab oxumağı vərdişə çevirməyi tövsiyə edib.
Bildirib ki, mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq üçün hər yerdə kitablar təbliğ olunmalıdır. Bu işə ailələrimizdən, dostlarımızdan başlamalıyıq
Məktəblilər bu yaxınlarda Naqif Həmzəyevin "Facebook”sosial şəbəkəsində mütaliə ilə bağlı təşəbbüsünün onların da marağına səbəb olduğunu bildiriblər.
Millət vəkili Naqif Həmzəyev məktəbdə yaradılan təlim-təhsil şəraiti ilə tanış olub, sinif otaqlarını gəzib, şagirdlərlə fikir mübadiləsi aparıb, eyni zamanda, məktəblilərin ölkəmizdəki təhsil sistemi, sağlam həyat tərzinin təşkili ilə bağlı suallarını da ətraflı cavablandırıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşşəbbüsü ilə Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin köhnə binasında əsaslı təmir işləri aparılıb. Şagirdlər bu tədris ilindən təhsillərini müasir standartlara cavab verən binada davam etdirirlər.
banner

Oxşar Xəbərlər