• cümə, 29 Mart, 03:50
  • Baku Bakı 7°C

Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib

27.05.19 10:30 460
Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib
2019-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində növbəti mötəbər idman yarışı təşkil olunub.
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc idmançı iştirak edib.
Azərbaycan milli komandası bu çempionatda ən yüksək nəticə göstərərək böyüklər arasında aero dans proqramında qızıl medala sahib olublar.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyə keçəndən sonra bu idman növü sürətlə inkişaf etməyə başlayıb və Azərbaycan gimnastları müxtəlif səviyyəli yarışların qalibi olurlar.
Azərbaycan gimnastlarının bu növbəti qələbəsi münasibəti ilə yığma komandamızın üzvlərini, Gimnastika Federasiyasının rəhbərliyini təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzu edirəm.
Millət vəkili
Rauf Əliyev
banner

Oxşar Xəbərlər