cümə, 20 May, 01:10

Baku Bakı 16°C

Mikayıl Cabbarov: "Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb"

icon 238 icon 19 yanvar 2022 | 14:00 Mikayıl Cabbarov: "Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb"

"2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 93 milyard manat olub, bu isə 2019-cu illə müqayisədə 11 milyard manat çoxdur".
"Report"xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"2020-ci ildə koronavirus (COVID-19) pandemiyaya görə ÜDM azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb", - deyə o qeyd edib.