Mikayıl Cabbarov: Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq

Mikayıl Cabbarov: Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq

İqtisadiyyat
22 Noyabr 2019, 19:13 467
Azərbaycan və Rusiya innovasiyalar sahəsində əlavə yol xəritəsi hazırlayacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.
Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Dmitri Medvedev arasındakı görüş zamanı innovasiya və texnologiyalar sahəsini əhatə edəcək yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub:

"Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın vacib istiqamətlərindən biri energetikadır. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda uğurla işləyir. "Şimal-Cənub” beynəlxalq dəhlizinin yaradılması üçün işlər aparılır. Biz bu dəhlizin inkişafı üçün böyük səy göstəririk. Eyni zamanda "Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla işləyir. Azərbaycanda nəqliyyat, dəmiryol sisteminin inkişafına böyük həcmdə investisiyalar qoyulur”.