Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Təfsilat
07 Dekabr 2019, 17:21 308
Ümid Partiyası gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka qərar verib.
Trend-in məlumatına görə, bununla bağlı bu gün Partiya Ali Məclisinin növbəti sessiyası keçirilib.
Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.