• çərşənbə axşamı, 01 iyul, 01:52
  • Baku Bakı 22°C

Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu

18.10.21 18:33 323
Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu
Tanınmış meyxanaçı Cavid Babaşovla (Cavid Sumqayıtlı) bağlı cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyindən Kaspi.az-a bildirilib ki, meyxanaçı Cavid Babaşov 15 may 2021-ci ildə saxlanılıb..
Sumqayıt ŞPİ-nin əməkdaşları Cavid Babaşovu narkotik vasitələrin satışında şübhəli bilərək saxlayıb.
C.Babaşovun üzərinə baxış zamanı 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda isə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.
banner

Oxşar Xəbərlər