• şənbə, 20 Aprel, 03:02
  • Baku Bakı 15°C

Meyvə şirəsinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

18.07.19 09:00 21035
Meyvə şirəsinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır
Meyvə şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Lakin onun qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir.
Həkim-fitoterapevt Fizuli HüseynovunAZƏRTAC-a dediyinə görə, immun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər, böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir: "Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır, lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. Gün ərzində meyvə şirələri maksimum 3 stəkan, tərəvəz şirələri isə daha az miqdarda qəbul edilməlidir”.
banner

Oxşar Xəbərlər