“MeydanTv”nin əməkdaşından ermənipərəst mövqe - Fotofakt
Müxtəlif bəhanələrlə
Azərbaycanı tərk edib xaricə sığınan və ölkəmiz əleyhinə qaralama kampaniyası
aparan antimilli ünsürlərin erməni maraqlarına xidmət etdiyini, işğalçı
Ermənistanla ortaq mövqedən çıxış etdiklərini dəfələrlə qeyd etmişdik. Belələri
üçün Vətən, millət, xalq məfhumun yad olduğunu, yalnız öz şəxsi maraqlarını
düşündüklərini xüsusi vurğulamışıq. Eyni əqidənin daşıyıcıları olan bu
antimilli ünsürlər yalnız şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl
atır, istənilən xarici qüvvə ilə əməkdaşlıqdan çəkinmirlər. Emin Milli kimi
antimilli ünsürün rəhbərlik etdiyi "MeydanTv”də və onun ətrafında toplaşanlar
da belələrinə nümunədir. Bir neçə dəqiqə bundan öncə "MeydanTv”nin əməkdaşı
Aytən Fərhadova "Facebook”da yazdığı statusla özünün və əməkdaşlıq etdiyi
komandanın əsl simasını növbəti dəfə ortaya qoyub. Əslən Zəngilandan olduğunu
qeyd edən A.Fərhadova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son
görüşünə toxunaraq, işğal altındakı Zəngilan, Şuşa, Laçın üçün kimsənin
ölməsini arzulamadığını yazıb.
"Ermənistan babalarımın
mülkiyyət hüquqlarını tanısın və insanımın təhlükəsizliyini təmin etsin
Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur”
– cümləsi bu xanımın əsl mahiyyətini ortaya qoyur. "Qazilərə sayğım sonsuz,
şəhidlərin xatirəsi həmişə də həmişə əzizdir”, - qeydini edən bu xanım anlamır
ki, yazdıqları ilə düşmən dəyirmanına su tökür, Ermənistana öz təslimçiliyini
çatdırır, işğalçıya haqq qazandırır, 1 milyondan artıq qaçqın və məcburi
köçkünün didərginliyinə yumşaq desək əhəmiyyət vermir.
"MeydanTv” və ona
havadarlıq edənlərdən təlimatlar alan A.Fərhadova bu yazdıqları ilə Vətəninə,
millətinə, xalqına xəyanət edir. Elə bu səbəbdən də "Facebook” istifadəçiləri,
o cümlədən status müəllifinin həmkarları, müxalifətçilər onu bu mövqeyinə görə
"topa tutublar”. Misal üçün, Dünya Sakit imzası ilə tanınan jurnalist
A.Fərhadovanın yazdıqlarından təəssüfləndiyini qeyd edib. Bildirib ki,
erməninin Aytənin babalarının mülkiyyət hüququnu tanıması nonsensdir və bunu
onlara tanıtmaq üçün döyüşməkdən başqa yol yoxdur. O bildirib ki, hər nə qədər
istəməsək belə, döyüş və itkilər qaçılmazdır.
Müxalifyönlü fikirləri ilə
tanınan Rəşad Babalı isə etirazını ironik şəkildə bu cür çatdırıb: "Verək başqa
yerləri də bitsin. Ermənilər əslində vəhşi deyillər. Sadəcə, bizim
mövcudiyyətimiz onları vəhşiləşdirir. "MeydanTv”nin havasındandı, suyundandı
bilmirəm, orda işləyənlərin böyük əksəriyyəti belə düşünür. "Halaldır” bu
təslimçiliyi "propoqanda” edənlərə”.
Mübariz Türk adlı
istifadəçi vurğulayıb ki, A.Fərhadova əslində bu statusu ilə Ermənistanın
işğalçılıq siyasətinə dəstək olur, işğal olunmuş torpaqların müdafiəsi zamanı
əlil olan qazilərimizə, şəhidlərimizin ruhuna ən böyük sayğısızlıq nümayiş
etdirir.
Əslən Cəbrayıl rayonundan
olan Afər Fərhad isə etirazını bu cür bildirib: ""Ermənistan babalarımın mülkiyyət
hüquqlarını tanısın”. Bu fikrə necə inanmaq olar? Ermənistan ərazisində
yaşayıb, baba yurdundan qovulan nə qədər qaçqın var...”.
Gün ərzində bu kimi
rəylərlə sosial şəbəkə istifadəçiləri "MeydanTv”nin əməkdaşı Aytən Fərhadovaya
öz etirazlarını çatdırıblar.
Kaspi.az