• çərşənbə, 17 Aprel, 02:08
  • Baku Bakı 14°C

Meydandan qovdu, geri qaytardı və yenə qovdu

19.02.19 13:15 624
Meydandan qovdu, geri qaytardı və yenə qovdu
Polşa çempionatında keçirilən "Legiya” - "Krakoviya” qarşılaşmasında maraqlı hadisə yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Petr Lasık oyunun 74-cü dəqiqəsində "Legiya”nın müdafiəçisi Vilyam Remiyə ikinci sarı vərəqə göstərərək onu meydandan qovub.
Bundan sonra isə o, epizoda təkrar baxmaq üçün VAR sisteminə müraciət edib. Hakim epizodun təkrarına baxdıqdan sonra futbolçunu geri çağırıb və sarı vərəqə ilə bağlı qərarını dəyişib.
Futbolçu oyuna qoşulmaq istədikdə isə hakim ona birbaşa qırmızı vərəqə göstərərək meydan qovub. O, bilərəkdən ağır qayda pozuntusuna yol verdiyi üçün cəzalanıb. Qarşılaşma isə "Krakoviya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər