• cümə axşamı, 25 aprel, 18:34
  • Baku Bakı 21°C

Mətbuatın “qara siyahı”sında olan KİV-lərin sayı açıqlanıb

11.07.13 11:17 1343
Mətbuatın “qara siyahı”sında olan KİV-lərin sayı açıqlanıb
APA-nın xəbərinə görə, Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, keçən qurultayın qətnaməsində «reket jurnalistika»ya qarşı mübarizə də Mətbuat Şurasının prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilib. Qurultaydan sonra bu işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən Ə.Amaşov qeyd edib ki, şuranın “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası yaradılıb: “Mətbuat Şurası tərəfindən 2009-cu ilin “reket jurnalistika”ya qarşı mübarizə ili elan edilməsi bu istiqamətdəki səylərin artırılmasında özünü göstərdi. Əgər 2008-ci ildə adları “qara siyahı”ya salınan qəzet və jurnalların sayı 36 idisə, 2009-cu ildə bu rəqəm 94-ə, 2010-cu ildə 110-a çatıb. Mətbuat Şurası etik prinsiplərə sayğısız yanaşan, peşə fəaliyyəti ilə bir araya sığmayan hallara mütəmadi yol verən mətbu orqanlarla bağlı məsələləri yalnız onların adlarının “qara siyahı”ya salınması ilə yetərli saymayıb. Şuranın tərkibində yaradılan apellyasiya qrupunun apardığı araşdırmalara istinadən düz yola qayıtmaq istəyənlərin müraciətlərinə baxılıb. Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə “qara siyahı”dan 26 qəzet və jurnalın adının çıxarılması barədə qərar qəbul edib. Sonrakı illərdə daha 14 qəzet siyahıdan çıxarılıb. Hazırda “qara siyahı”da 84 KİV-in adı yer alıb”.
banner

Oxşar Xəbərlər