• cümə axşamı, 25 aprel, 15:14
  • Baku Bakı 23°C

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

04.08.21 14:20 251
Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
Sabah – 5 avqust 2021-ci i tarixdə Azərbaycan Mətbuat Şurasında jurnalistlərin "COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.
Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.
Sabah bu il iyunun 29-da peyvəndin birinci dozası tətbiq edilmiş jurnalistlərə ikinci doza tətbiq ediləcək. Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.
banner

Oxşar Xəbərlər