• çərşənbə axşamı, 16 aprel, 16:38
  • Baku Bakı 19°C

"Meta" Rusiyanı feysbukda dezinformasiya şəbəkəsi yaratmaqda ittiham edir

28.09.22 10:00 648
"Meta" Rusiyanı feysbukda dezinformasiya şəbəkəsi yaratmaqda ittiham edir

 "Meta" korporasiyası Rusiyanı feysbukda dezinformasiya şəbəkəsi yaratmaqda ittiham edir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. "Meta" Britaniyanın “The Guardian” qəzeti və Almaniyanın “Der Spiegel” jurnalı da daxil olmaqla xəbər mənbələrini təqlid etmək üçün 60-dan çox saytın yaradıldığını iddia edir.

İddiaya əsasən, 1 600-dən çox saxta feysbuk hesabından yalan məlumat və mənbələrə keçid yerləşdirmək üçün istifadə edilib. Korporasiya rəhbərliyi bu hesablarda Rusiyanın xarici agentliklərlə əlaqəsinin yaradılmasını da qeyd edir.

banner

Oxşar Xəbərlər