Messinin hüququ var, “Barsa”nı azad agent kimi tərk etməyə
Lionel Messi
"Barselona” ilə müqaviləsi olmasına baxmayaraq, komandanı azad agent kim i tərk
edə bilər.
Kaspi.az xəbər
verir ki, bu barədə məlumatı "El Pais” nəşri yayıb. Nəşrin məlumatında bildirilir
ki, belə bir hüquq Messinin 2017-ci ildə bağladığı müqavilədə əksini tapıb.
Müqavilədə göstərilir
ki, Leonun 32 yaşı tamam olduqdan sonra o, "Barselona”nı azad agent kimi tərk
etmək hüququna sahibdir.
Əgər Messi bu
istəkdə olsa, onda 2020-ci ilin iyununda komandanı tərk edə bilər. Onun qüvvədə
olan müqaviləsi isə 2021-ci ilin yayında başa çatır.