• cümə, 19 Aprel, 22:24
  • Baku Bakı 24°C

Messini əmin ediblər ki, prezident günahsızdır

20.02.20 11:23 2056
Messini əmin ediblər ki, prezident günahsızdır
"Barselona”da gərginlik səngimir.
Kaspi.az xəbər verir ki, "Barselona"nın prezident Josep Mariya Bartomeunun nüfuzunu qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçularını tənqid etmək məqsədilə xüsusi şirkətlə əməkdaşlıq etməsi ilə bağlı yayılan iddialar klub daxilində gərginlik yaradıb. Gərginliyi nəzərə alan Bartomeu futbolçularla görüşüb. Görüşdən sonra "Barsa”nın futbolçusu Lionel Messi məsələ ilə bağlı fikrini bildirib:
"Düzü, bu məlumatı eşidəndə bir qədər təəccübləndim. Kataloniyadan kənarda idim. Qayıdandan sonra bəzi məlumatlar əldə etdim.
Prezident mətbuat konfransında nə demişdisə, bizimlə söhbətdə də onu təsdiqlədi, vəziyyətin bu hala necə gəldiyi haqda danışdı. Bundan artıq sizə heç nə deyə bilmərəm”.
Messi "sizi bu məlumatlandırma qane etdimi” sualına belə cavab verib: "Məni əmin etdilər ki, prezidentin bu məsələdə günahı yoxdur. İndi bunun həqiqət olub-olmadığını yoxlamaq üçün bir qədər gözləmək lazımdır.
Mən də hamı kimi səbirlə gözləməliyəm. Amma etiraf edim ki, bu, olduqca qəribə məsələdir”.
banner

Oxşar Xəbərlər