Messi və Ronaldoya görə ehtiyatda oturardı
PSJ-nin
futbolçusu Kilian Mbappe Kriştiano Ronaldo ilə Lionel Messi hqada danışıb.
Kaspi.az xəbər
verir ki, Mbappe Leo və Kriştiano ilə bir komandada oynamaq perspektivini şərh
edib. O bildirib ki, bu iki futbolçunun birgə meydana çıxması üçün güzəştə gedərdi:
"Əgər Messi və
Ronaldo mənim komandamda oynasaydılar və onlardan hansının meydana çıxması ilə
bağlı problem yaransaydı, onda mən ehtiyatda qalmağa razı olardım. Təki, onlar
bir yerdə meydana çıxıb oynasınlar”.
Kilian cari
mövsümdə Fransa çempionatında 26 oyunda 27 qol vurub.