• şənbə, 20 Aprel, 07:58
  • Baku Bakı 14°C

Messi səviyyəsinə yüksələ bilərmiş, amma özü istəməyib

21.11.19 10:22 423
Messi səviyyəsinə yüksələ bilərmiş, amma özü istəməyib
Niderland yığmasının sabiq futbolçusu Uesli Sneyder bacarığını maksimum səviyyədə göstərə bilmədiyini etiraf edib.
Kaspi.az xəbər verir ki, Sneyder buna görə yalnız özünün günahlandırıb. O, bildirib ki, maksimum əmək sərf etsəydi, Messi və Ronaldo səviyyəsinə yüksələrdi:
"Əgər bütün güc və istedadımı sərf etsəydim, Messi və Ronaldo səviyyəsinə yüksələrdim. Amma bunu istəmədim. Heç buna görə təəssüflənmirəm də. Çünki özüm belə istədim.
Azarkeşlər hələ də deyirlər ki, sən 2010-cu ildə "Qızıl top”u almalı idin. Onlara belə cavab verirəm: "Uşaqlar, mən Çempionlar Liqasının qalibi oldum”.
Mən komanda oyunçusu idim və belə göstərici daha vacibdir”.
banner

Oxşar Xəbərlər