• cümə axşamı, 28 mart, 23:00
  • Baku Bakı 13°C

Messi hansı qidalardan imtina etdikdən sonra sağalıb?

07.02.19 13:30 624
Messi hansı qidalardan imtina etdikdən sonra sağalıb?
Messi səhhətində yaranan problemdən (futbolçu tez-tez qusurdu) xüsusi pəhriz vasitəsilə xilas olub.
Kaspi.az xəbər verir ki, bu pəhrizi ona doktor Culiana Pozer təyin edib. Doktor ona bildirib ki, problemdən qurtulmaq üçün qida rasionunu dəyişməlidir.
Messinin rasionundan aşağıdakı qidalar tamamilə çıxarılıb: Un, maya, təmizlənmiş buğda, pitsa, ağ çörək, donuz, mal əti, yumurta, süd məhsulları və molyuskalar.
Bundan əlavə, Messiyə spirtli içkilər və qazlı sular da qadağan edilib. Bütün bunları isə təzə və təbii məhsullarla, mineral sularla əvəzləyiblər. Doktor deyir ki, tərəvəzlər, mövsümi meyvələr və mineral sular əzələlər üçün yanacaq funksiyasını yerinə yetirir.
Messi həkimin tövsiyələrini qəbul etdikdən sonra problemdən də qurtulub.
banner

Oxşar Xəbərlər