“Messi dünyanın ən yaxşılarına yaxın da düşmür”
Argentina
yığmasının sabiq qapıçısı Uqo Qatti "Barselona”nın futbolçusu Lionel Messi barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Qatti Leonun Maradona ilə müqayisə edilməsinə də münasibət bildirib.
O, Messinin dünya futbolunun ən yaxşıları sırasında olmadığını iddia edib:
"O, mənim
gördüyüm ən yaxşılara yaxın da düşmür. Mənin gördüyüm ən yaxşı Pele idi. Daha
sonra Alfredo di Stefano.
Qalanları
onlardan çox geridədirlər. Hətta Ronaldo ən yaxşı vaxtlarında Messidən üstün
idi. Mən Maradona ilə
"Boko”da və Argentina yığmasında oynamışam.
Heç bir şübhəm
yoxdur ki, Dieqo ondan üstündür. Bundan əlavə, Dieqo özünü böyük oyunlarda
sübut edib, Messi isə yox”.