• cümə, 19 Aprel, 20:06
  • Baku Bakı 24°C

Messi “Betis”lə oyunda nədən qorxurmuş?

13.11.18 15:05 687
Messi “Betis”lə oyunda nədən qorxurmuş?
"Barselonanın futbolçusu Lionel Messi İspaniyanın "Marca” nəşrinin sorğusuna əsasən, ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Kaspi.az xəbər verir ki, Messi mükafatlandırma mərasimindən sonra açıqlama verib. Argentinalı futbolçu son turda "Betis”ə 3:4 hesabı ilə məğlub olduqları oyun haqda da danışıb:
"La Liqa həmişə olduğundan daha fərqlidir. Artıq klublar arasında rəqabət çoxdur. Bütün komandalar bir-birlərini məğlub edə bilər. Bunun uzun müddət belə davam etməsini istərdim.
Zədədən yeni çıxmışdım. Matçın əvvəlində bir az qorxurdum. Futbolçularla yaxın mübarizəyə girməkdən çəkinirdim. Ancaq sonra daha rahat oynamağa başladım”.
banner

Oxşar Xəbərlər