• cümə, 19 Aprel, 23:11
  • Baku Bakı 24°C

Məşhur telekanal albanların Azərbaycandakı varislərindən süjet hazırladı

15.05.14 10:15 1132
Məşhur telekanal albanların Azərbaycandakı varislərindən süjet hazırladı
Süjetdə deyilir ki, udinlər planetin ən qədim xalqlarından biridir: "Onların ulu babaları haqqında ilk xatırlatmaya hələ Herodotda rast gəlmək olar. Bu gün udinlərin sayı çox deyil və onlar bütün dünyaya səpələniblər. Lakin onların böyük əksəriyyəti, yəni 4 mindən çoxu burada - Nicdə yaşayır. Qəsəbə Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələ şəhərindən 40 kilometrlik məsafədə yerləşir və udinlər öz xalqlarının qədimdən burada yaşadıqlarına inanırlar".
"Çeşmə" Udin Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakiri süjetin müəllifinə Qafqaz Albaniyasında daha 26 tayfanın yaşadığı barədə danışıb.
Azərbaycanın Alban-udin xristian icmasının səri Robert Mobili hesab edir ki, udinlər Qafqaz-İberiya dilində danışan və xristianlığın şərq cərəyanına etiqad edən çox fərqli xalqdır.
Süjetdə deyilir ki, xristianlığın simvollarına hətta kilsəyə getməyə adət etməmiş Nic sakinlərinin məişətində də rast gəlmək mümkündür.
Müəllif danışır ki, xeyir-dua ən məşhur udin yeməklərindən birinin - afarın hazırlanması ilə başlayır: "Bu yeməyin əsas tərkib hissəsi gicitkəndır. C vitamini ilə zəngin olan bu yandıran bitki keçmişdə yoxsulları qışdan sonra avitaminozdan xilas edib. Tezliklə Nicin ənənəvi reseptlərinin toplusu dərc olunacaq. Lakin evdar qadınların əksəriyyəti əmindir ki, kitabdan afar hazırlamağı öyrənmək mümkün deyil".
banner

Oxşar Xəbərlər