• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

Məşhur rusiyalı məşqçi sərxoş vəziyyətdə saxlanıldı

19.11.18 10:35 663
Məşhur rusiyalı məşqçi sərxoş vəziyyətdə saxlanıldı
Moskva "Spartak”ının əfsanəvi futbolçularından sayılan, hazırda "Yenisey” klubunun baş məşqçisi olan Dmitri Aleyniçev polis tərəfindən saxlanılıb.
Kaspi.az xəbər verir ki, Aleyniçev avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. Polislər onu noyabrın 17-də saat 23:00 radələrində Krasnoyarskda saxlayıblar.
Aleyniçev saxlanıldıqdan sonra tibbi müayinədən keçməkdən imtina edib. Avtomobil cərimə meydançasına aparılıb. Hadisə ilə bağlı protokol yazılıb və araşdırma başlayıb.
Aleyniçevi 30 min rubl cərimə oluna və 2 ilə qədər sürücülük vəsiqəsindən məhrum edilə bilər. Aleyniçev "Yenisey”ə 2017-ci ilin yayından başçılıq edir. Komanda hazırda Rusiya Premyer Liqasında sonuncu pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər