• cümə axşamı, 25 aprel, 17:30
  • Baku Bakı 23°C

Məşhur rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi vəfat edib

31.12.21 15:04 596
Məşhur rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi vəfat edib
Məşhur rus rejissoru Vladimir Qorriker vəfat edib.
Kaspi.az TASS-a istinadən xəbər verir ki, rejissor bu gün 96 yaşında dünyasını dəyişib.Qeyd edək ki, Vladimir Mixayloviç Qorikker 1925-ci ildə Moskvada anadan olub. O, "Daş qonaq", "Çar gəlini", "Ekran ulduzu", "Monmartrın damları altında", "Payız zəngləri", "Gümüş revyu" operalarına quruluş verib. 1990-cı illərin əvvəllərində yaradılmış "Kino və musiqi” studiyasının bədii rəhbəri olub, burada öz ssenarisi üzrə "Boris Qodunov” və "Cülyetta və Romeo” filmlərini çəkib. Xatırladaq ki, Vladimir Qorriker 1970-ci ildə "Azərbaycanfilm” kinostudiyasında çəkilən "Sevil” filminin rejissoru olub, 1971-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.
banner

Oxşar Xəbərlər